“Həyat" Fondu 300-ə yaxın xəstəyə yardımçı olub.

Yardıma ehtiyacı olan insanlara daha sürətli və təcili şəkildə kömək imkanları yaradan “Həyat" Fondu indiyə qədər müxtəlif xəstəliklərdən əziyyət çəkən 300-ə yaxın insanın sağalmasına yardımçı olub.

Onların arasında ürək çatışmazlığından əziyyət çəkən və xeyirsevər insanların köməkliyi ilə əməliyyat olunan 5 yaşlı Fatimə Qulamzadə, 9 yaşlı Aydan Əliyeva və 26 yaşlı Orxan Bayramov, onurğa iflicindən əziyyət çəkən və müalicə olunan xalq artisti 49 yaşlı Könül Xasıyeva, çöp çəpliyindən əməliyyat olunan 11 yaşlı Nigar Oruclu və görmə zəifliyindən əməliyyat olunan 56 yaşlı Teyyubə Mirzəquliyeva, iflic olan xalq artistimiz 69 yaşlı Ramiz Əzizbəyli, qaraciyər və qan-damar problemi olan 5 yaşlı Züleyxa Balakişiyeva, skolizdan əziyyət çəkən və əməliyyat olunan 26 yaşlı Aydan Qafarova, əməliyyatla hidroselafiyadan qurtulan 4 yaşlı Murad Qafarzadə, bud-çanaq oynağı displaziyasından əziyyət çəkən 7 yaşlı Məhəmməd Əsgərov, böyrək çatişmazlığından xilas olan 19 yaşlı Ülkər Azayeva, 27 yaşlı Ramilə Zeynalova və 39 yaşlı Məmməd Zeynalov, xərçəngdən əməliyyat oluanan 35 yaşlı Mikayıl Mustafayev, beyin şişindən müalicə olunan Mehparə Xəlilova və s.

Hal-hazırda onlarla xəstə xeyirsevər insanların köməkliyi ilə və “Həyat" Fondunun təşəbbüsü ilə müalicə olunurlar.

Bundan başqa “Həyat Fondu tərəfindən digər ölkələrdən dəvət olunan tanınmış həkimlərin iştirakı ilə təmənnasız müayinə aksiyaları da keçirilir.

Belə ki, bir-neçə gün bundan öncə “Həyat" Fondunun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşkilatçılığı İsraildən gələn tanınmış ortoped-travmatoloq AleksQeftler ağır skoleoz, kifoz, onurga əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən 50-dən artıq xəstəni qəbul edərək müayinə edib.

Ötən ay isə “Həyat” Fondu və “Gemodo” şikətinin birgə dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində Almaniyanın  Düseldorf üniversiteteinin uşaq onkologiyası və hetamologiyası kafedrasının müdri, və eyniadlı klinikanın  baş həkimi professor Arndt Borkhardt ölkəmizdə idi. Tanınmış alim Azərbaycanda hematolji və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları müayinə edərək, müalicələrinə dair məsləhətlər verib.

Qeyd edək ki, “Həyat" Fondunun yaradılmasında məqsəd xeyirxah insanların və qurumların dəstəklərini ehtiyacı olan insanlara daha tez çatdırmaq arzusu səbəb olub. Artıq 100-lə xəstə məhz bu cür sağlamlıqlarına qovuşa biliblər.

Hər bir kəs bu nəcib və xeyirxah işdə yardımçı ola bilər. Unutmaq lazım deyil ki, insanlara kömək üçün çox tələsmək lazımdır. Çünki hər günün, hər saatın öz hokmü var. Bununla biz neçə-neçə insana HƏYAT vermiş olarıq.

Kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla, 5 manat, 9 düyməsini basmaqla, 9 manat yardım edə bilərlər. Həmçinin, kömək üçün "Kapital Bank"-ın hər-hansı bir filialına yaxınlaşıb bank ödəməsi də etmək mümkündür.

Unutmayın ki, “999” qısa nömrəsinə göndərilən 1 sms, edilən 1 zənglə minlərlə insanın həyatını dəyişə bilərik...

“Yardım et, həyat ver!”

“HƏYAT FONDU”

Website: http://www.hayatfondu.az

Facebook: https://www.facebook.com/hayatfondu.az/

 

08.12.2017 748