Xeyriyyə aksiyası zamanı 50-dən artıq xəstə pulsuz müayinədən keçirilib.

“Həyat Fondu”nun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşkilatçılığı ilə pulsuz tibbi müayinə təşkil edilib.

Xeyriyyə aksiyası“Bakı City Hospitalda” baş tutub. İsraildən gələn tanınmış ortoped-travmatoloq Aleks Qeftler ağır skoleoz, kifoz, onurga əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən xəstələri qəbul edib.

Aksiyada “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və İsrailin “MVI” Tibbi Mərkəzinin direktoru Hedvart Nataşa da iştirak edib.

Aksiya çərçivəsindəİsrailli tanınmış ortoped-travmatoloq Aleks Qeftler tərəfindən 50-dən artıq vətəndaş müayinə olunaraq bəzilərinə müalicə təyin olunub.

Bundan başqa müayinə zamanı orta ağır xəstələrin Bakıda, ağır xəstələrin isə İsraildə əməliyyat olunmaları barədə qərar qəbul olunub. “Həyat Fondu”nun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşəbbüsü ilə sözügedən xəstələrin əməliyyatı tam olaraq pulsuz aparılacaq.

 

“999” qısa nömrəsinə göndərilən 1 sms, edilən 1 zəng yardım gözləyənlər üçün bir ümid çırağı ola bilər.

“Yardım et, həyat ver!”

“HƏYAT FONDU”

Facebook: https://www.facebook.com/hayatfondu.az/

 

27.11.2017 443