ATV telekanalında, son vaxtlarda yayımlanan “Həyat” verlişinin anonsunu Sizə təqdim edirik.

         Azərbaycan xalqı arasında zərbülməsəl, “Əldən tutmaq Əlidən qalıb” qədim zamanlardan işlənməkdədir. XIII əsr İran şairi Sədi Şirazi özünün ölməz “Gülüstan” kitabında bu müqəddəs ənənəyə aid çox gözəl  ifadə demişdir:

“Bir bədən üzvüdür bu bəni-adəm,

 Eyni bir gövhərdən yaranmış aləm,

 Bir üzvünü dərdə salarsa ruzigar,

 Tutmaz digər üzvü yerində qərar.

 Özgənin dərdinə əgər qalmasan,

 Yaraşmaz adına deyilsin insan. ”

         Dahi Sədinin “Gülüstan” əsərində qələmə aldığı həmin üç beyt, bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək, Birləşmiş Millətlər Təşkilatının binasındakı girişdə yazılıb asılmışdır.